Median.Az xəbər verir ki, sentyabrın 19-da DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini Vladimir Yeqorov Əhmədli qəsəbəsində, evinin qarşısında naməlum şəxsin onun 400 manatını açıq talama yolu ilə aldığını bildirib.
Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar, Mingəçevir şəhər sakini Razi Əliyev və Göygöl rayon sakini Emin Qədimovu saxlayıblar. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin aşkar edilib.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.2.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.