Median.Az xəbər verir ki, Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın F.Yusifov küçəsində işlədiyi gözəllik salonunda, içərisində 1300 manat və 500 dollar olan pulqabısının oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində oğurluğu törədən şəxsin paytaxt sakini Ə.Əhmədova olması müəyyən edilib və o, saxlanılıb.
Bundan başqa, Nərimanov RPİ 18-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, bu ilin iyun ayında evdən 212 manat və məişət əşyaları, habelə 2 nəfərə məxsus velosipedləri oğurlayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mirzəyev saxlanılıb.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.