Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində internet klubdan oğurluq olub.
Sosial şəbəkələrdə oğurluğu əks etdirən video yayılıb. Videodan da göründüyü kimi gənc oğlan məkana daxil olur və bir müddət gəzişir.
Həmin şəxs diqqəti cəlb etməmək üçün telefonla danışır və gizlicə kassaya yaxınlaşır. O, pulları götürərək qaçır.
Bununla bağlı polisə müraciət edilib. Hazırda həmin şəxsin axtarışları davam edir.//baku.ws