Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də N.Tusi küçəsindəki evlərin birinin girişində Bakı şəhər sakini S.Abdullayevanın qızıl boyunbağısını ələ keçirən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Elcan Əliyev saxlanılıb.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.