Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşları Bülbülə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ələddin Bağırovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar ediblər.
Bundan başqa, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zahid Sadıxovdan 485 qram marixuana götürülüb, Salyan RPŞ və Mühafizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bəşirbəyli kənd sakini, əvvəllər məhkum olunmuş Mirzə Babayevin həyətyanı sahəsindən 5 ədəd çətənə kolu və 435 qram marixuana aşkar edilərək götürülüb, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Şabran rayon sakini Elvin Şamilovun şəhər ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 4 ədəd çətənə kolu və Siyəzən şəhər sakini Mirmehdi Damətova məxsus həyətyanı sahədən 3 ədəd çətənə kolu aşkar edilib, Yevlax RPŞ əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Xaldan kənd sakini Mansur Yusibova məxsus torpaq sahəsindən 14 ədəd çətənə kolu götürülüb.