Median.Az xəbər verir ki, Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da Bakı şəhər sakini T.Vəliyevanın, içərisində pul, mobil telefon və sənədləri olan çantasını soyğunçuluq yolu ilə ələ keçirən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Feyzullayev və Faiq Əliyev saxlanılıbar.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.