Median.Az xəbər verir ki, sentyabrın 18-i səhər saat 6 radələrində naməlum şəxslər Nəsimi rayonunun M.Əliyev küçəsində dayanmış “London Taxi” markalı avtomobildən, sürücü Ramin İmanovun mobil telefonunu götürüb qaçıblar. Sürücü avtomobili onların arxasınca sürdüyündən, onlar telefonu ataraq qaçıblar.
Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törədən paytaxt sakini Mehman Abbasov və Mingəçevir şəhər sakini Vitaliy Zeynalov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, onlar əvvəllər məhkum olunublar.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.