Bakıda şadlıq evinin administratoru xadiməni zorladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |     18:08 Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ  |     17:57 Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır  |     17:36 Azərbaycanda zəlzələ oldu  |     17:23 Polşa prezidenti Ermənistan-Azərbaycan şərti sərhədində olub  |     17:20 Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? - DOSYE  |     17:10 Bakı metrosunda 9 yeni stansiya tikiləcək  |     16:59 21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat  |     16:47 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ  |     16:36 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək  |     16:18 Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək  |     15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |     15:42 İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib  |     15:29 Milli Məclisə yeni avtomobillər alınıb  |    

Bakıda şadlıq evinin administratoru xadiməni zorladı

Bakıda şadlıq evinin administratoru xadiməni zorlayıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki məşhur şadlıq evlərindən birində baş verib.

Median.Az
xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan” Binəqədi rayonu hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Məlumatlara görə, sentyabrın 18-də rayonun 5-ci polis bölməsinə 40 yaşlı paytaxt sakini (etik səbəblərə görə adını açıqlamırıq) müraciət edib. Qadın deyib ki, uşaqlarını saxlamaq üçün Süleyman Sani Axundov küçəsində yerləşən şadlıq saraylarından birində xadimə işləyib. Onun sözlərinə görə, tez-tez toy mərasiminin sonunadək işini bitirmək üçün gec saatlara kimi işdə qalıb.

Zərərçəkmiş deyib ki, sentyabrın 17-dən 18-ə keçən gecə şadlıq evinin administratoru onu zorlayıb.

Hazırda faktla bağlı materialların rayon prokurorluğuna verilməsi üçün işlər aparılır. Hələlik saxlanılan yoxdur.

Xatırladaq ki, bu, son ayda Bakıda yeddinci zorlama faktıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            9 726 19.09.18 15:40