Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Bakı şəhər sakini E.Bağırzadənin “Toyota” markalı avtomobilindən 1000 manat, eynək və şəxsiyyət vəsiqəsi oğurlayan paytaxt sakini olan yeniyetmə saxlanılıb.
Faktla bağlı CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.