Direktordan rüşvət almaqda təqsirləndirilən redaktor ifadə verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |     18:08 Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ  |     17:57 Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır  |     17:36 Azərbaycanda zəlzələ oldu  |     17:23 Polşa prezidenti Ermənistan-Azərbaycan şərti sərhədində olub  |     17:20 Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? - DOSYE  |     17:10 Bakı metrosunda 9 yeni stansiya tikiləcək  |     16:59 21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat  |     16:47 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ  |     16:36 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək  |     16:18 Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək  |     15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |     15:42 İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib  |    

Direktordan rüşvət almaqda təqsirləndirilən redaktor ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Amerikapress.com saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya Təminatı sektorunun baş məsləhətçisi Zəminə Əsədova əlavə şahid qismində ifadə verib.

O, R.Sultanovu tanımadığını deyib:

“Nailə xanımdan rüşvət istənilməsindən xəbərsizəm. Bir dəfə mənə məlumat verdilər ki, mənim haqqımda hansısa saytda məlumat yer alıb. Həmin məqalədə mənim vəzifəm də səhv yazılmışdı”.

R.Sultanov isə qeyd edib ki, özünü Zəminə kimi təqdim edən şəxs ona zəng edərək, 187 saylı orta məktəbdə korrupsiya halları olduğunu diqqətə çatdırıb:

“Dedi ki, məktəbin direktoru orada müəllimləri təhqir edir, pul yığır. Mən də bundan sonra saytda bu haqda məqalə yazdım”.

Z. Əsədova isə təqsirləndirilən şəxsin dediklərini inkar edib, ona hər hansı məlumat vermədiyini vurğulayıb:

“Kimsə mənim adımdan istifadə edə bilər. Amma bu, o demək deyil ki, mən bu şəxsə zəng etmişəm”.

Zərərçəkmiş N. Məmmədova deyib ki, Z. Əsədova ondan 500 manat məbləğində pul istəyib:

“Bu pulu borc kimi istədi. Mən də dedim ki, hazırda yoxdur, sonra verərəm. Zəminə xanım da qayıtdı ki, yox, mənə indi lazımdır. Mən pulu Zəminə xanıma vermədiyim üçün o, jurnalistlər vasitəsilə mənim haqqımda mənfi yazılar yazdırırdı. Bunu müavinlərim də deyə bilər”.

Z. Əsədova isə onun haqqında deyilənləri inkar edib:

“Bunlar tamamilə yalandır. Heç bir adam haqqında heç kimə məlumat verməmişəm. Nailə xanımın mənimlə nə ədavəti var, bilmirəm. Burada dövlət qurumunu təmsil edirəm”.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 606 18.09.18 16:40