Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Şükürovun (1984-cü il təv.) CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ittiham aktına əsasən, əvvəllər məhkum olunan Taleh Şükürovun kirayəşin yaşadığı mənzildə polis əməkdaşları tərəfindən 13 kq. marixuana, 6 kq. tiryək və 2 kq. heroin aşkar edilib. Məlum olub ki, o narkotik vasitələri satış məqsədi ilə əldə edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.