Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, bu il fevralın 9-dan sentyabrın 15-dək olan müddətdə şəhər ərazisində 3 vətəndaşın pulunu və qızıl əşyalarını soyğunçuluq yolu ilə ələ keçirən şəhər sakini Məmməd Vəliyev saxlanılıb.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 180.2.2-ci (soyğunçuluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.