Median.Az xəbər verir ki, sentyabrın 16-da Xətai rayonunun Zığ yolu küçəsində naməlum şəxs Bakı şəhər sakini olan bir qadının, içərisində 1030 manat və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə ondan alıb.
Hadisəni törədən paytaxt sakini olan bir yeniyetmə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ 36-cı polis bölməsinə təhvil verilib.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.