Median.Az xəbər verir ki, sentyabrın 16-da Yeni Qızılca kəndində yaşayan Daşkəsən rayon sakini Eşqin Quluyev (2001-ci il təv.) ailə münaqişəsi zəminində atası Ramil Quluyevə (1980-ci il təv.) balta, sonra isə bıçaqla zərbələr vuraraq, onu qətlə yetirib.
Cinayəti törədən gənc Göygöl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Dindirmə zamanı o, bildirib ki atası gecə saatlarında evə gələrək, anasını döyüb. Buna görə Eşqin Quluyev atasının baş nahiyəsinə balta ilə zərbə endirib, onun müqavimət göstərdiyini gördükdə isə əlavə bıçaq zərbələri vurub.
Göygöl rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.