“Nisyə cinsi əlaqə üçün gəldiyini bilsəydim...” - Azərbaycanda baş verən dəhşətli qətlin izi ilə... » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |     18:08 Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ  |     17:57 Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır  |     17:36 Azərbaycanda zəlzələ oldu  |     17:23 Polşa prezidenti Ermənistan-Azərbaycan şərti sərhədində olub  |     17:20 Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? - DOSYE  |     17:10 Bakı metrosunda 9 yeni stansiya tikiləcək  |     16:59 21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat  |     16:47 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ  |     16:36 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək  |     16:18 Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək  |     15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |     15:42 İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib  |    

“Nisyə cinsi əlaqə üçün gəldiyini bilsəydim...” - Azərbaycanda baş verən dəhşətli qətlin izi ilə...

Sumqayıt şəhərində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Firuz Nəsiblinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
2017-ci il, noyabrın 9-da Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 78A, mənzil 19-da 58 yaşlı Nuridə Həsənova qətlə yetirilib.

"JEK" işçisi olan Nuridə Həsənovanı 2014-cü ildən etibarən tanıyan, mütəmadi onunla yaxın münasibət quran Firuz Nəsibli qadının külli miqdarda pulu olduğunu zənn edib. O, qadını öldürərək pullarını ələ keçirməyi planlaşdırıb.

Qətl

Hadisə baş verən gün Firuz Nuridə Həsənovanın mobil telefonuna zəng vuraraq, görüşmək istədiyini deyib. Qadının yaşadığı mənzilə gələn Firuz Nəsibli ona çoxsaylı bıçaq zərbələri endirib. Qadının öldüyünə əmin olduqdan sonra otaqların altını-üstünə çevirib, amma heç nə tapa bilməyib.

İstintaq orqanı tərəfindən Firuz Nəsiblinin barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən Firuz Nəsibli "Topaz" oyunlarında iştirak edən şəxslər üçün bilet doldurmaqla gündəlik çörəkpulu qazanıb. Onun "JEK"də işləyən Nuridə Həsənova ilə tanışlığı dörd il öncəyə təsadüf edib. Zemfira adlı qadınla yaxınlıq edən Firuz ilk dəfə Nuridəni də elə həmin qadının evində görüb.

Qətlin səbəbi

Tanışlıq zamanı Firuza "istədiyin vaxt qonağım ola bilərsən" deyib, ona telefon nömrəsini verib, evdə adam olmayanda qəbul edəcəyini söyləyib.

Bundan sonra Firuz Nuridəyə beş-on gündən sonra zəng vurub, Nuridə evində pul müqabilində onunla görüşüb.

"Pul müqabilində intim əlaqədə olur"

Təqsirləndirilən şəxs qismində ifadə verən Firuz Nəsibli elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü ilin əvvəllərində Sumqayıt şəhərində "Zeynəb" ləqəbli Zenfira adlı qadınla tanış olub və sonuncunun yaşadığı mənzildə görüşərək pul müqabilində onunla intim münasibətdə olub: "1-2 ay sonra Zeynəbin rəfiqəsi olub qonşuluqda yaşayan, Sumqayıt şəhər Mənzil Təsərrüfat İdarəsinin 4 saylı Mənzil İstismar Sahəsində sahə ustası işləyən Nuridə Həsənova ilə tanış oldum. Söhbət zamanı bildim ki, sonuncu da pul müqabilində evində müxtəlif kişiləri qəbul edib, onlarla intim münasibətdə olur, müxtəlif qadınları fahişəliyə cəlb edərək bundan gəlir əldə etmək üçün yaşadığı mənzili fahişəliklə məşğul olan şəxslərə verir".

"20 manata intim münasibətdə olduq"

Firuz Nəsibli qeyd edib ki, tanış olarkən Nuridə Həsənova istədiyi vaxt onun qonağı ola biləcəyini deyib: "Mobil telefon nömrəsini verdiyindən 5-10 gün sonra onunla telefon əlaqəsi saxladım, görüşmək istədiyimi bildirdim. Nuridə məni yalnız evində adam olmayanda axşam saatlarında qəbul edə biləcəyini söylədi, ünvanını izah etdi. Biz 2014-cü ilin mart ayının ortalarında Nuridə Həsənovanın yaşadığı ünvanda 20 manat müqabilində mənzilin yataq otağında intim münasibətdə olduq. Aramızda münasibət yarandı, bundan sonra mütəmadi olaraq Nuridə ilə sonuncunun ailə üzvləri evdə olmayanda, pul müqabilində intim münasibətdə olurduq".

"Dedim pulu topa ödəyərəm"

Firuz Nəsibli qeyd edib ki, 9 noyabr 2017-ci il tarixdə günorta saatlarında evdə təxminən 300 qram spirtli içki qəbul edib: "Daha sonra saat 15 radələrində Bakı şəhərinə gəzib dolanmaq üçün getdim. Saat 17:30-da Bakı şəhəri, 20 Yanvar Metrostansiyası yaxınlığında "AzərSu" ASC-nin inzibati binasının yanında yerləşən taksafondan Nuridə Həsənovanın istifadəsində olan mobil telefonuna zəng etdim, onunla intim münasibətdə olmaq üçün gəlmək istədiyimi bildirdim. Nuridə məni axşam saat 20-dən sonra qəbul edəcəyini dedi. Saat 20 radələrində Nuridəgilə çatdım. Nuridə qapını açan kimi intim münasibətdə olmaq üçün məni birbaşa mənzilin yataq otağına aparıb, soyunmağa başladı. Onun sinəsində qara tül olan qolsuz qara maykanı saxlayıb çarpayıda yanında oturdu, keçən dəfə intim münasibətdə olduğuma görə borclu olduğum 20 manatı və hazırda olacağım intim xidmətinə görə ödəyəcəyim 20 manatı verib, sonra intim münasibətdə olacağımı bildirdi. Ona pul vermədim. Dedim ki, heç vaxt pulunu kəsməmişəm, hazırda pulunu ödəməkdə çətinlik çəkirəm, gələn dəfə cinsi əlaqədə olarkən pulunu topa şəkildə verərəm".

"İntim münasibətə girməkdən imtina etdi"

Firuz Nəsibli bildirib ki, Nuridə razı olmayıb, deyib ki, bilsəydim pulun yoxdur, yenə nisyə cinsi əlaqədə olmaq üçün gəlirsən qapı açıb, sənin kimi "cındır" üçün soyunmazdım: "Nuridə Həsənovanın hərəkətləri və dediyi sözlərdən qəzəblənərək ona "fahişəsən, nə naz edirsən, neçə ildir daimi müştərinəm, heç vaxt pulunu kəsməmişəm, nə üçün belə edirsən?" dedim. Nuridə Həsənova məni bacımı fahişə adlandırdı. Nuridə Həsənovanın bu tərzdə pul tələb edib, sonra ana-bacımın ünvanına nalayiq ifadələr işlətməsinə qəzəbləndim. Bu zaman Nuridə mənimlə intim münasibətə girməkdən imtina etdi. Üstümdə olan bıçağı götürərək qəflətən ona zərbə endirim. Nuridə Həsənova bıçağı görüb kənara çəkildiyindən bıçaq onun çənə nahiyəsini tutdu, qətlə yetiriləcəyimi başa düşüb çarpayının digər tərəfinə keçmək istədi. Mən də çarpayının üzərində onun bərabərliyinə qalxdım. Onun bədəninin müxtəlif nahiyələrindən bıçaq zərbələri endirdim. Zərbələr kürək-qarın, sinə nahiyəsini tutdu, Nuridə Həsənova çarpayıdan yerə düşüb, sol əlini ataraq bıçağı əlimdən almaq üçün onu tutmaq istədi. Bıçaq onun sol əlinin baş barmağını kəsdi. Bundan daha da qəzəbləndim. Bir qədər sərxoş olduğumdan Nuridə isə çılpaq olub ora-bura tullanıb zərbələrdən yayındığından onu nə əli ilə tuta, nə də ona dəqiq zərbələr endirə bilmədim. Onu tez öldürmək üçün ardıcıl zərbələr endirsəm də, buna nail ola bilmədim".

"Yerə yıxıb başını kəsdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, Nuridə cırmaq atıb qolunu sıxaraq onu kənara itələməklə müqavimət göstərib: "Nuridə otağı tərk etmək istədikdə onu itələdim. Otağın girişində üzü üstə yerə yıxaraq dizlərim ilə kürəyindən onu döşəməyə sıxdım. Üstünə çıxaraq əvvəlcə boynunu arxadan kəsməklə öldürmək istədim. Nuridə dartınmaqla müqavimət göstərdiyindən onu tez qətlə yetirib, mənzili tərk etmək üçün sol əlimlə Nuridənin saçından tutub özümə doğru çəkdim. Sağ əlimdəki bıçaqla boynun sağ nahiyəsini dərin kəsib, onun tərpənməsinə imkan vermədim. Həmin nahiyədən sürətlə qan axmağa başladı. 2-3 dəqiqədən sonra Nuridə yerindəcə öldü. Nuridənin boğaz nahiyəsini kəsərkən bıçağı əlimdə bərk sıxdığımdan sağ əlimin ovuc səthini və 5-ci barmağımı kəsdim. Barmaq və ovuc səthimdən axan qan kəsmədiyindən hamam otağına keçdim. Bədənimin qana batmış nahiyələrini və əlimi su ilə yudum. Əlimdən axan qan hamam otağındakı vannanın kənarına və su kranına axdı. Qanının kəsmədiyini görüb əynimdən çıxardığım maykanı sağ əlimə doladım. Hər an evə adam gələ biləcəyindən ehtiyatlandım, paltarlarımı tələsik geyinərək, qanlı bıçağı gödəkçəmin daxili yan cibinə qoyaraq mənzili tərk etdim. Blokdan çıxıb sağa doğru gedərkən əlində torba olan yaşlı kişinin mənə çatdığını gördüm. Ətraf elektrik lampaları ilə yaxşı işıqlandığından həmin şəxsin məni tanıya biləcəyindən ehtiyatlandım, dərhal sola dönərək iti addımlarla evə getdim".

"Bildim ki, tumanım Nuridəgildə qalıb"

Təqsirləndirilən şəxs qeyd edib ki, evdə anasına yıxılaraq əlini şüşə kəsdiyini deyib: "Törətdiyim hadisəni gizlətdim, evə gəldikdən sonra bildim ki, tumanım Nuridəgildə qalıb. Hadisədən bir neçə gün sonra kütləvi informasiya vasitələrində Nuridənin naməlum şəxs tərəfindən qətlə yetirilməsi barədə məlumatlar verildiyini eşitdim. Ölkəni tərk etmək istəsəm də, buna nail ola bilmədim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Firuz Nəsibli 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Firuz Nəsibli apelyasiya şikayəti verib.

Firuz Nəsibli şikayətində əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib, cəzasının azaldılmasını xahiş edib.

Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada baxılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu yaxınlarda verilən qərara görə, Firuz Nəsiblinin apelyasiya şikayəti təmin edilməyib. /Publika.az скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            11 487 15.09.18 17:59