Median.Az xəbər verir ki, Nərimanov RPİ 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 13-də rayon ərazisindəki ticarət mərkəzində Bakı şəhər sakini olan iki qadının çantalarından ümumilikdə 56 manat pul və 2 ədəd mobil telefon oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Məmmədov saxlanılıb.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.