Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Səbail RPİ 41-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində bu il yanvarın 8-dən sentyabrın 3-dək olan müddətdə rayon ərazisində 9 avtomobildən pul və sənəd oğurlayan Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Bundan başqa, Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-dən iyunun 6-dək olan müddətdə rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus 4 velosipedi oğurlayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mirzəyevi saxlayıblar.
Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları paytaxt sakini Əli Piriyev, Abşeron rayon sakinləri Hakim Nuriyev və Mehman Çələbiyevi saxlayıblar. Məlum olub ki, onlar
avqustun 20-dən sentyabrın 13-dək olan müddətdə Balaxanı qəsəbəsi ərazisindəki asfalt zavodunun həyətində təmirə saxlanılmış avtomobil və avadanlıqlardan 40.000 manat dəyərində ehtiyat hissələri sökərək oğurlayıblar.
Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 11-də oyun zalından 9 ədəd kompyuter oğurlayan Bakı şəhər sakini Vüsal Soltanzadə saxlanılıb.
Binəqədi RPİ 7-ci polis bölməsi və Çevik Polis Alayının əməkdaşları tərəfindən mayın 29-da rayon ərazisində “KİA” markalı avtomobilin təkərlərini sökərək oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Hacıyev saxlanılıb.
Yasamal RPİ 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 7-də rayon ərazisindəki evdən 8200 manat dəyərində qızıl əşyalar oğurlayan Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.