Atasının qətlində təqsirləndirilən oğul və tanışlarına hökm oxunub - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |     18:08 Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ  |     17:57 Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır  |     17:36 Azərbaycanda zəlzələ oldu  |     17:23 Polşa prezidenti Ermənistan-Azərbaycan şərti sərhədində olub  |     17:20 Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? - DOSYE  |     17:10 Bakı metrosunda 9 yeni stansiya tikiləcək  |     16:59 21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat  |     16:47 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ  |     16:36 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək  |     16:18 Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək  |     15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |     15:42 İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib  |    

Atasının qətlində təqsirləndirilən oğul və tanışlarına hökm oxunub - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Elməddin Əliyev, Vəlican Dadaşov və Nəcməddin İsmayılovun CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il fevralın 1-nə keçən gecə Xəzər rayonu, Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb. Xəzər RPİ və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış kişi meyiti tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev (1961-ci il təv.) olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib. Faktla əlaqədar CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İ.Əliyevin oğlu, 21 yaşlı Elməddin Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından, o isti izlərlə saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar - 42 yaşlı Vəlican Dadaşov və 26 yaşlı Nəcməddin İsmayılov da saxlanılaraq istintaqa cəlb olunublar.

İstintaqda dindirilmiş Elməddin Əliyev atasının Vəlican Dadaşov tərəfindən öldürüldüyünü etiraf etsə də, bunun səbəbinin pulla bağlı olduğunu deyib: "Atam Vəlicana borc pul vermişdi, o da qaytara bilmirdi. Bir gün atam dedi "Vəlicanı Zirədəki evə çağır, onunla özüm danışacağam". Mən də çağırdım, biz Nəcməddinlə çöldə gözləyırdik. Bir qədər sonra evə girmək istəyəndə Vəlican çıxıb dedi ki, atanı öldürdüm. Daha biz içəri girmədik, Pirallahıya getdik. Nəcməddin evinə getdi, mən kafedə Vəlicanla oturdum. Sonra onun təklifi ilə evi yandırmaq üçün Zirəyə qayıtdıq. Mən taksi çağırdım, yol üstü benzin aldım. Çatanda mən kənarda dayandım, Vəlican girib evi yandırdı. O məni də öldürəcəyi ilə hədələdiyi üçün heç kimə heç nə deyə bilmədim".
Vəlican Dadaşov qətldən əvvəl İbrahim Əliyevin kişilərlə əlaqədə olduğunu bilmədiyini deyib: "Elməddin deyirdi ki, atalığı İbrahim onu və anasını döyüb, incidir. Onun təklifi ilə atalığını öldürməyə razılaşdım, planı da Elməddin özü hazırladı. Bunun müabilində Rusiyaya getməsi üçün mənə maddi yardım edəcəyini söz verib. Evi də, atasının meyitini də Elməddin özü yandırdı".

İttiham aktına əsasən, yanvarın 31-də Elməddin Əliyev atası İbrahim Əliyevi aldadıb, əmisi Azər Əliyevin Zirə qəsəbəsində yerləşən evinə gətirdib. Vəlican Dadaşov həmin evin içində gizlənərək İbrahim Əliyevin gəlməsini gözləyib, Nəcməddin İsmayılovla Elməddin Əliyev isə evin kənarında dayanıblar. Vəlican evə daxil olan İbrahimə əvvəl balta, sonra bıçaqla xəsarətlər yetirib. Fevralın 1-nə keçən gecə onun öldüyünə əmin olduqdan sonra, Pirallahı qəsəbəsində gedib, benzin alıblar və geri qayıdıblar. Nəcməddin öz evinə gedib, Elməddin isə Vəlicanla meyitin olduğu evə qayıdıb. Vəlican evə girərək maşın təkərlərini mərhum İbrahimin qıçlarına və bədənin digər yerlərinə keçirib, daha sonra üzərinə yanacaq tökərək, onu evlə birgə yandırıblar.

Məhkəmənin hökmü ilə V.Dadaşov 19 il, E.Əliyev 18 il, N.İsmayılov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 456 14.09.18 18:15