Median.Az xəbər verir ki, sentyabrın 13-də Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva evindən qırma yaraları ilə Mərkəzi Rayon Xəstəxasına gətirilib və üzərində cərrahi əməliyyat aparılıb.
Cinayəti ailə münaqişəsi zəminində törədən zərərçəkmişin əri Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.
RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.