Median.Az xəbər verir ki, DIN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonu ərazisində Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sultanbaba Sultanovun həyətyanı sahəsindən 1 kiloqram 310 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.