Median.Az xəbər verir ki, Kürdəmir RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 3-də rayon sakini olan bir qadına məxsus, içərisində 580 manat, 2000 rubl və mobil telefon olan pulqabını oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Əliyev saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.