Bakıda xoşagəlməz insident baş verib. Qadın təcavüz qurbanı olmamaq üçün üçüncü mərtəbədən özünü atıb.
Median.Az-ın xəbərinə görə, bu barədə Media.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Sentyabrın 9-u, saat 22:50-də 1972-ci il təvəllüdlü paytaxt sakini Z.Məmmədova yaralı halda Kliniki tibbi mərkəzə yerləşdirilib. Zərərçəkmiş şəxs təcavüzdən qurtulmaq üçün özünü üçüncü mərtəbədən atdığını deyib. Hadisə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib.
Seyidova küçəsi, ev 21-də 1991-ci il təvəllüdlü İ.Vəlizadə qadına təcavüz etmək istəyib. Bu zaman Məmmədova özünü üçüncü mərtəbədən atıb.
Qeyd edək ki, şübhəli şəxs saxlanılıb, işin istintaqını Qaradağ rayon Prokurorluğu aparır.