Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində sentyabrın 7-də Digah kəndindəki evdən 23.200 manat və 18.000 manat dəyərində qızıl əşyalar oğurlayan Biləsuvar rayon sakinləri Toğrul Xəlilov və qardaşı Faiq saxlanılıblar.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.