Median.Az xəbər verir ki, Saatlı RPŞ-nin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında Şirinbəy kənd sakini Elvin Cəfərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 410 ədəd çətənə kolu və 2 kq. 700 qram marixuana aşkar ediblər.
RPŞ İstintaq bölməsində СM-nin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) və 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kulivasiya etmə) maddələri ilə cinayət işi başlanılıb.