Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Vadim Breusun CM-nin 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kulivasiya etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.
Median.Az xəbər verir ki, bu il mayın 1-də Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Xəzər rayon sakini
Breus Vadim Vladimiroviç saxlanılıb. Onun Binə qəsəbəsində yerləşən evinə baxış zamanı yetişdirdiyi 54 ədəd, ümumi çəkisi 5 kq168 qram olan çətənə bitkisi, 177 qram qurudulmuş və 150 qram qurudulmamış marixuana aşkar olunub. Saxlanılan şəxs dindirilərkən narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.