Median.Az xəbər verir ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 30-da, metronun “28 May” stansiyasının qarşısında Bakı şəhər sakininin mobil telefonunu oğurlayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Ağayev saxlanılıb.
Bundan başqa, Qaradağ RPİ 38-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da, Sahil qəsəbəsində müəssisələrin birinə məxsus anbardan
390 manat dəyərində 13 ədəd hidravlik cihaz oğurlayan Kürdəmir rayon sakini Tahir İsmayılovu saxlayıblar, Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən avqustun 30-da Lökbatan qəsəbəsində yerləşən istifadəsiz binalardan birinin dam örtüyünü sökərək oğurlamağa cəhd göstərən qəsəbə sakini Əlihüseyn Hüseynov saxlanılıb, Xətai RPİ 34-cü polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyun-avqust ayları ərzində, rayon ərazisində 3 avtomobildən oğurluğa cəhd göstərən Ağdam rayon sakini olan bir yeniyetməni saxlayıblar. Araşdırma zamanı onun daha 3 avtomobildən pul və məişət əşyaları, habelə bir vətəndaşın mobil telefonunu oğurlaması müəyyən edilib.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.