Sumqayıtda qohumunu öldürməyə cəhd edən şəxsə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:23 Polşa prezidenti Ermənistan-Azərbaycan şərti sərhədində olub  |     17:20 Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? - DOSYE  |     17:10 Bakı metrosunda 9 yeni stansiya tikiləcək  |     16:59 21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat  |     16:47 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ  |     16:36 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək  |     16:18 Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək  |     15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |     15:42 İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib  |     15:29 Milli Məclisə yeni avtomobillər alınıb  |     15:24 Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ  |     14:39 İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır  |     14:31 Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb  |     14:26 İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib  |     14:11 Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı  |     14:08 Valentina Matviyenko: "Rusiyanın supersilahı var"  |     13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |    

Sumqayıtda qohumunu öldürməyə cəhd edən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Aqil Abdullayevin (1975-ci il təv.) CM-nin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Median.Az
xəbər verir ki, DİN-n yaydığı məlumata əsasən, bu il aprelin 2-də Sumqayıt şəhərinin ərazisindən naməlum şəxs koma halında Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Məlum olub ki, hadisə 21-ci məhəllə ərazisində baş verib, yaralanan şəxsin Süleyman Abdullayev (1998-ci il təv.) olması aydınlaşdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Cinayətin onun qohumu Aqil Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Məhkəmə prosesində ittiham üzrə A.Abdullayev özünü qismən təqsirli bilib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib. Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş Süleyman Abdullayev onu dəfələrlə təhqir edib, telefonuna mesajlar yazıb : " Bu barədə onun atasına məlumat vermişəm. Onu bıçaqla hansı şəraidə vurmağım yadımda deyil. Həmin vaxt bıçağı əlimdən aldılar. O, mənim arvadım haqqında artıq-əskik danışırdı".

Zərərçəkmiş Süleyman Abdullayev bildirib ki, mübahisə aralarındakı pul söhbətinə görə baş verib. O, təqsirləndirilən şəxsin həyat yoldaşı ilə aralarında heç nə olmadığını deyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 279 27.08.18 18:59