Median.Az xəbər verir ki, ötən gün saat 18 radələrində şəhər ərazisindəki bazarda naməlum avtomobil şəhər sakini Solmaz Səfərovanı vurub və hadisə yerindən yayınıb. Xəsarət alan piyada Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Kəpəz RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində “VAZ-21063” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini Mehman Qurbanovu saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.