Median.Az xəbər verir ki, avqustun 7-də Bakı şəhər sakini Şahin Məmmədov yaşadığı Suraxanı rayonundakı evindən kəsilmiş-deşilmiş xəsarətlə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və üzərində cərrahi əməlliyyat aparılıb.
Araşdırmaya başlayan Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşlarına öz izahatında o, yıxılması nəticəsində xəsarət almasını bildirib.
Lakin keçirilən istintaq-əməliyyat yolu ilə müəyyən edilib ki, Məmmədovu həmin gün aralarında yaranan mübahisə zamanı Əmircan qəsəbəsində
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov bıçaqlayıb.
E.Abbasov saxlanılıb.
Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.