Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Emil Heydərovun (1998-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ötən il dekabrın 18-də Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Emil Heydərov münaqişə zəminində həmyerlisi, 25 yaşlı Nicat Həziyevə bıçaqla xəsarət yetirib, nəticədə zərərçəkən kəskin qanitirmədən hadisə yerində keçinib. Həmin tarixdə Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Heydərovu saxlayaraq, istintaqa təqdim ediblər.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış avqustun 16-na təyin edilib.