Gizlicə evinə girdi, özünü yatdığı yerdə, anasını isə... - Azərbaycanda ağlasığmaz əməl » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Gizlicə evinə girdi, özünü yatdığı yerdə, anasını isə... - Azərbaycanda ağlasığmaz əməl

Lənkəran şəhərində qətl, quldurluq və digər ağır cinayət törətməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Nəriman Fatullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az "publika.az”a istinadən xəbər verir ki, Nəriman Fatullayev tanıdığı və münasibətdə olduğu Lənkəran şəhərinin mərkəzi bazarında zərgərlik fəaliyyəti ilə məşğul olmaqla onunla eyni şəhərdə yaşayan "Zərgər Şükür” ləqəbi ilə tanınan Şükür Əhmədovun oğlu Şahin Əhmədovun külli miqdarda olan qızıl-zinət əşyalarını və digər əmlakını tamah məqsədilə ələ keçirmək qərarına gəlib.

Bu məqsədlə o, 4 iyun 2008-ci il tarixdə, saat 07 radələrində əvvəlcədən hazırladığı plana əsasən basqında istifadə etmək üçün nəzərdə tutulmuş silah qismində bıçaqla silahlanıb və maska taxaraq Şahin Əhmədovun yaşadığı Lənkəran şəhəri, Koroğlu küçəsi 71 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından içəri daxil olub.

Zərgər necə öldürüldü?

Nəriman Fatullayev evin bağlı vəziyyətdə olan giriş qapısının açılmasını gözləyib. Bu zaman Şahin Əliyevin anası Əzizənin qapını açaraq evin birinci mərtəbədə yerləşən mətbəxə düşməsindən istifadə edib və o, evin ikinci mərtəbəsinə qalxaraq eyvana daxil olub.

Nəriman Fatullayev orada çarpayıda arxası üstdə yatmış Şahin Əhmədovun köməksiz vəziyyətindən istifadə edərək onu qəsdən öldürmək üçün hücum edib, metal boru ilə başından və bədəninin digər nahiyələrindən vurub, sonra bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Şahin Əhmədov həmin zaman aldığı xəsarətlərdən ölüb.

Oğlunun köməyinə gələn anaya qarşı amansızlıq

Daha sonra o, qışqırıq səsinə köməyə gələn Əzizə Əliyevanı da yumruqla vurub. Bu zaman Əzizə onun başından maskanı çıxarmağa cəhd edib.

Nəriman Fatullayev törətdiyi cinayəti gizlətmək üçün öldürmək məqsədilə əlində olan bıçaqla Əzizə Əliyevanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.

"Pulya Nəriman” necə ələ keçdi?

Əzizə Əliyevanın qışqıraraq qonşuları köməyə çağırması səbəbindən tutulacağından qorxan Nəriman Fatullayev hadisə yerini tərk edib.

Əzizə Əliyeva vaxtında göstərilən tibbi yardımla sağ qalıb.

2008-ci ildə qətl törədən Nəriman Fatullayev uzun müddət hüquq-mühafizə orqanlarından gizlənə bilib. O, ötən ilin aprelinin 28-də həbs edilib. Nəriman Fatullayev cinayətkar aləmdə "Pulya Nəriman” ləqəbi ilə tanınır.

10 il sonra 8 maddə ilə ittiham

İstintaq orqanı tərəfindən Nəriman Fatullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Nəriman Fatullayevin barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmə istintaqı zamanı tədqiq edilmiş qeyd olunan Lənkəran şəhər-rayon polis şöbəsində 27 may 2010-cu il tarixli əməliyyat məlumatından görünür ki, qeyd edilən cinayət hadisəsinin cinayətkar aləmdə nüfuzlu şəxs kimi aqressiv qəddarlığı ilə seçilən, əvvəllər şəxsiyyət əleyhinə müxtəlif cinayətlər törətdiyinə görə dəfələrlə məhkum olunmuş, "Pulya Nəriman” ləqəbli Nəriman Fatullayev tərəfindən törədilməsi barədə əməliyyat məlumatı daxil olur.

"Başından papağı çıxarmağa cəhd etdim”

Məhkəmədə tədqiq edilmiş zərər çəkmiş şəxs Əzizə Əliyevanın ifadəsindən görünür ki, o, 4 iyun 2008-ci il tarixdə səhər saat 07.30-da mətbəxdə çay qoyub və həyətə çıxarkən oğlu Şahinin qışqırıq səsini eşidib: "Həmin vaxt evə daxil oldum. Sifəti tam şəkildə bağlı olmaqla başına yun idman papağı (maska) geymiş, papağın üzərinə isə şüşəsi dairəvi formalı eynək taxmış bir nəfər şəxsə müqavimət göstərdim. Onun başından papağı dartaraq yuxarı çıxarmaq istədim. Həmin şəxs mənə xəsarət yetirdikdən sonra hasardan aşaraq qaçdı”.

"Pulya Nəriman”nın qətllə bağlı açıqlaması

Nəriman Fatullayev evində aşkar olunan üzərində gözlüklər düzəldilmiş qara rəngli papağın (maskanın) ona məxsus olmadığını bildirsə də, arvadı Nargilə Səfərova həmin papağın evlərində olmasını təsdiq etməklə papağı 5 yaşlı oğlunun istəyinə görə ona tikdiyini bildirib.

Nəriman Fatullayev qeyd edib ki, hadisə baş verən günü evdə olmayıb. Onun sözlərinə görə, gecə saat 02-03 radələrində Bakı şəhərinə tanımadığı şəxsə məxsus avtomaşınla gedib.

"Pulya Nəriman”a 14 il 6 ay həbs

Məhkəmə bütün sənədləri araşdırandan sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Nəriman Fatullayev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Nəriman Fətullayevin cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Onun cəzasının əvvəli 2017-ci il aprelin 28-dən hesablanıb.

Hökmdən narazı qalan Nəriman Fatullayev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Nəriman Fatullayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Nəriman Fatullayevin apelyasiya şikayəti təmin olunmayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 266 09.08.18 13:14