Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əhmədovu saxlayıblar.
Müəyyən edilib ki, avqustun 4-də Saray qəsəbəsi ərazisində Z.Əhmədov Sumqayıt şəhər sakini Rahim Mustafayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirərək, ona məxsus 126 manat pulunu ələ keçirib.
RPİ İstintaq şöbəsində CM-nin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb