Median.Az xəbər verir ki, ötən axşam Kliniki Tibbi Mərkəzə bıçaq xəsarəti ilə Coşqun Xanbabayev (1991-ci il təv.) çatdırılaraq, üzərində cərrahi əməliyyat aparılıb.
Araşdırmaya başlayan Abşeron RPİ-nin əməkdaşları müəyyən ediblər ki, hadisə Mehdiabad qəsəbəsində baş verib.
Faktla bağlı araşdırma aparılır, cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.