Qohumunun evində arvadını... - Astarada ata və oğuldan dəhşətli əməl » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:10 Bakı metrosunda 9 yeni stansiya tikiləcək  |     16:59 21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat  |     16:47 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ  |     16:36 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək  |     16:18 Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək  |     15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |     15:42 İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib  |     15:29 Milli Məclisə yeni avtomobillər alınıb  |     15:24 Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ  |     14:39 İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır  |     14:31 Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb  |     14:26 İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib  |     14:11 Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı  |     14:08 Valentina Matviyenko: "Rusiyanın supersilahı var"  |     13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |    

Qohumunun evində arvadını... - Astarada ata və oğuldan dəhşətli əməl

Astara şəhərində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə, xuliqanlıq etməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Məstəli Nuriyev və onun oğlu, 1990-cı il təvəllüdlü Əli Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az "publika.az”a istinadən xəbər verir ki, Əli Nuriyev 2014-cü il aprelin ayının əvvəllərində qardaşı Əfqan Nuriyevin ehtiyac üzündən iki ədəd qızıl üzük satmaq istəməsi barədə xalası Sevinc Salmanovanın şayiə yaymasının onun ailəsinin imkansızlığı haqqında qohum və tanışları arasında mənfi fikir yaratmasından narazı qaldığı üçün onu nalayiq sözlərlə təhqir edib.

Kürəkənlər qayınanaları üçün "razborka”da

Bu səbəbdən Sevinc Salmanovanın kürəkənləri Səbuhi Quliyev və Asif Camalovun bununla bağlı onun Sevinc Salmanovadan üzr istəməsini israrla tələb etmələrinə baxmayaraq, Ə.Nuriyev bundan qəti şəkildə imtina edib. Əli Nuriyev heç bir vaxt üzr istəməyəcəyini deməsi Səbuhi Quliyev və Asif Camalovla aralarında narazılıq yaradıb.

Bundan sonra Əli Nuriyev aprelin 29-da, saat 15 radələrində Astara şəhəri Heydər Əliyev prospekti ilə Mirzə Cəbiyev küçəsinin kəsişdiyi yerdə yerləşən, işlədiyi avtomaşın təmiri sexinin ərazisində olarkən Asif Camalov onun iş yerinə gəlib. Asif ondan Sevinc Salmanovadan üzr istəməsini tələb edib.

Bacanaqların basqını

Bu zaman Əli Nuriyev kobud sözlərlə cavab verdiyindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Asif Camalov onun üz nahiyəsinə şillə vurub.

Əli Nuriyev Asifin onu döyəcəyindən qorxaraq qaçmağa başlayıb. Bu zaman əvvəllər ondan Sevinc Salmanovadan üzr istəməsi barədə tələbini rədd etdiyinə görə aralarında narazılıq olan və həmin vaxt təsadüfən avtomaşın təmiri sexinə gəlmiş Səbuhi Quliyevin də üstünə gəldiyini görüb.

Əli Səbuhinin də onun iş yerinə Asif Camalovla eyni niyyətlə gəldiyini və ona qarşı fiziki zor işlədəcəyini fikirləşərək ondan qisas alıb, qəsdən öldürmək qərarına gəlib.

Bacanaqlardan birinin qanı töküldü

Bu niyyətlə Əli Nuriyev cib bıçağı ilə Səbuhi Quliyevin ürək nahiyəsinə bir bıçaq zərbəsi vuraraq sağlamlığına ağır zərər yetirib.

Həmin vaxt Səbuhi Quliyev vaxtında xəstəxanaya çatdırılıb, ona ixtisaslı tibbi yardım göstərilərək, həyatı xilas olunduğundan Əli Nuriyev niyyətinə nail ola bilməyib.

Bundan başqa Əli Nuriyev cinayət əməllərini davam etdirərək həmin gün saat 16 radələrində atası Məstəli Nuriyevə və qardaşı Əfqana Asif Camalovla Səbuhi Quliyevin onu döymək istəmələrini, sonuncuya xəsarət yetirməsi barədə məlumat verib.

Ana və iki oğullarına qarşı zorakılıq

Bu səbəbdən onlar Astara dəmiryol stansiyasının yaxınlığında görüşüb bir qrup şəxs halında Səbuhi Quliyevin yaşadığı Astara şəhəri, S.Vurğun küçəsi, ev 27 ünvanında yerləşən binanın qarşısına gəliblər.

Onlar Səbuhi Quliyevin qohumlarını münaqişəyə cəlb edib, sonuncunun arvadı Vəfa Quliyeva və onun iki azyaşlı oğlu - 2006-cı il təvəllüdlü Məhəmməd Quluzadə, 2007-ci il təvəllüdlü Sübhan Quluzadənin ünvanına nalayiq ifadələr işlədiblər.

Oğlu bıçaqlanan ata təhqir edildi

Ata və oğullar Vəfadan Səbuhi Quliyevin olduğu yeri soruşub, düzünü deməyəcəkləri halda onlara qarşı zor tətbiq etməklə hədələyiblər.

Nuriyevlər eləcə də, səs-küyə həmin yerə gəlmiş Səbuhi Quliyevin qayınatası Fikrət Salmanovu nalayiq ifadələrlə təhqir edib, ona qarşı fiziki zor tətbiq ediblər.

Cəza və bəraət

İstintaq orqanı tərəfindən ata və oğulun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

27 fevral 2015-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Nuriyev və Məstəli Nuriyevin əməli Cinayət Məcəlləsinin 126.-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib.

Məhkəmənin hökmünə əsasən ata və oğlunu xuliqanlıq əməlləri sübuta yetirilməyib, onlara Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə bəraət verilib.

Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Prokurordan ata və oğula qarşı şikayət

Həmçinin Məstəli Nuriyev və onun oğlu Əli Nuriyev də apelyasiya şikayəti verib. Ata və oğul cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Şirvan Apelyasiya Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli qərarı ilə apelyasiya protesti və şikayətləri təmin edilməyib.

Bundan sonra prokuror Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin 9 mart 2016-cı il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu səbəbdən cinayət işi yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyasında bu dəfə şikayət hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Xalamı telefonda söydüm”

Təqsirləndirilən şəxs qismində ifadə verən Əli Nuriyev bildirib ki, xalası Sevinc Salmanova ilə onun ailə üzvləri arasında əvvəl yaxşı münasibət olub: "Lakin digər xalam Dilarənin oğlu ilə bacım Fərqanə 2013-cü ildə boşandıqdan sonra münasibətlərimiz müəyyən mənada pisləşib və həmin ailənin dağılmasına xalam Sevincin səbəbkar olduğunu hesab etmişik. Daha sonra isə xalam Sevinc tərəfindən qardaşım Əfqanın guya yol pulu olmadığına görə əri Fikrətə üzük satmaq istəməsi barədə şayiə yaydıqdan sonra münasibətlərimiz daha da gərginləşib. Hadisədən əvvəl ailə üzvlərim Sevincgilə gedərək ailəmiz barədə belə şayiələr yaydığını ona irad tutublar. Həmin vaxt Sevinc and içərək belə şayiələr yaymadığını desə də, sonradan məlum olub ki, həqiqətən də Sevinc həmin sözləri deyib. Bu səbəbdən də xalam Sevincə zəng etmişəm. Xalam ünvanıma söyüş söydü, mən də onun ünvanına söymüşəm”.

"Məni dəniz kənarına "razborkaya” çağırdı”

Əli Nuriyev qeyd edib ki, daha sonra Sevincin kürəkənləri olan Asif Camaov və Səbuhi Quliyev ondan qayınanalarından üzr istəməyə məcbur etmək istəyiblər, onu hədələyib, "razborkaya” çağırıb, mübahisə ediblər” Mən də onlara "xala mənimdir, özüm bilərəm, qarışmayın” sözlərini dedim. Asif mənə əgər xalamdan üzr istəməsəm, harada görsə, məni vuracağını dedi. Hətta bir dəfə məni dəniz kənarına "razborkaya” çağırdı”.

"Bizi nalayiq sözlərlə söyüb, daşa basdı”

Əli Nuriyev qeyd edib ki, Səbuhiyə ağır xəsarət yetirməsini bilməyib: "Ancaq onu bıçaqla vurmağımdan narahatlıq keçirmişəm. Atam Məstəli və qardaşım Əfqanla birlikdə avtomaşına minərək oradan getmişik. Səbuhinin evinin yanında maşını saxlayıb onun vəziyyəti ilə maraqlanmaq istəmişik. Səbuhinin həyat yoldaşı Vəfa evdən çıxaraq bizi söyərək təhqir edib. Aramızda mübahisə yaranıb. Lakin Vəfa Quliyevaya və azyaşlı uşaqlarına qarşı zor işlətməmişik və onları zor işlətməklə hədələməmişik, onları qorxutmamışıq. Həmin vaxt atam Məstəlinin əlində bıçaq, qardaşım Əfqanın əlində isə tapança olmayıb. Vəfa ilə mübahisələrimiz 3-5 dəqiqə olub və oradan getmək istəyərkən Vəfanın atası Fikrət yaxınlıqdakı mağazadan çıxaraq qaçaraq oraya gəlib. Fikrət bizi nalayiq sözlərlə söyüb, daşa basıb. Sonra bizə çataraq əlindəki dəmir parçası ilə Əfqanı vurmağa başlayıb. Əfqan Fikrətlə əlbəyaxa olaraq dəmir parçasını onun əlindən alıb. Fikrətlə qarşılıqlı dalaşmışıq. Fikrət yerə yıxıldı, səs-küyə oraya qonşular gəliblər. Fikrəti bıçaqla kimin vurduğunu görməmişəm”.

Digər məhkum Məstəli Nuriyev də oğlunun ifadəsinə uyğun danışıb. Sonra zərərçəkmiş və prokuror çıxış edərək, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyiblər.

Son cəza

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Qərara görə, Əli Nuriyevə Cinayət Məcəlləsinin 29,120.1 və 221.2.1-ci maddələri, Məstəli Nuriyevə isə Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə ittiham elan olunub.

Məhkəmə Əli Nuriyevin barəsində 9 il, Məstəli Nuriyevin barəsində isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu qərardan narazı qalan təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Bu günlərdə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin kasasiya şikayətlərinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm Əli Nuriyevin, həm də Məstəli Nuriyevin kasasiya şikayətləri təmin olunmayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 752 06.08.18 13:31