"AİLƏ TV"-nin ofisinə basqın edən şəxslərə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:18 Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək  |     15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |     15:42 İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib  |     15:29 Milli Məclisə yeni avtomobillər alınıb  |     15:24 Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ  |     14:39 İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır  |     14:31 Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb  |     14:26 İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib  |     14:11 Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı  |     14:08 Valentina Matviyenko: "Rusiyanın supersilahı var"  |     13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |     12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |    

"AİLƏ TV"-nin ofisinə basqın edən şəxslərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Kamil Əliyev, Rəşad Əhmədzadə, Asib Kambarov, Kamran Süleymanov və Orxan Əliyevin CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma), 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, Kamran Süleymanov və qeyriləri 2017-ci il martın 15-də, Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq, gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib, seyfdə olan 3600 manatı, habelə zərərçəkmişə məxsus 160 manat pulu və mobil telefonu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıblar. Həmin ilin iyun ayında qrup üzvləri Xətai RPİ və Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

İstintaqın gedişatında məlum olub ki, onlar bundan əlavə Nizami rayonunda fəaliyyət göstərən lombarda basqın etməklə, oradan 1250 manat pulu ələ keçiriblər.


Məhkəmənin hökmü ilə K. Əliyev 11 il, R. Əhmədzadə 9 il, A.Kambarov, K.Süleymanov və O.Əliyev hər biri 8 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 894 01.08.18 17:37