Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub.
Median.Az Report-a istinadən xəbər verir ki, bunlar Rauf Bayramov, Elşən Məmmədov, Urfan Məmmədov və Abbas Abbasovdur.
Həmin şəxslərin barələrində ötən həftə həbs qətimkan tədbiri seçilib.
Onların barəsində Cinayət Məcəlləsinin 120.2.7; 120.2.3; 120.2.11; 120.2.1; 120.2.10; 120.2.3; 120.2.10; 120.2.7; 120.2.11; 214.2.6; 220.1; 228.1; 228.4; 214.2.1; 214.2.3; 228.3; 234.1; 281.2; 277; 278.2 və 315.2-ci maddələri (ümumilikdə 21 maddə) ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Gəncə hadisələri iyulun 3-də və 10-da törədilib.