Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xalid Məmmədovu saxlayıblar.
Müəyyən edilib ki, o iyulun 29-da 76-cı məhəllənin ərazisində şəhər sakini Elçin İsmayılova yaxınlaşıb, küt alətlə əlindən vuraraq içərisində 45 manat və mobil telefonu olan çantasını alıb, hadisə yerindən qaçıb.
ŞPİ İstintaq şöbəsində CM-nin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb