Bakıda naməlum şəxslər pul tələb etdikləri fəhləni döyüblər.
"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
"Qanlı göl" massivində 1997-ci il təvəllüdlü Kərimov Ağa Manaf oğlu işdən çıxaraq evinə gedərkən onun qarşısını 3 naməlum şəxs kəsib. Həmin şəxslər A.Kərimovdan üzərində olan 500 manatı onlara verməsini tələb ediblər. O, bununla razılaşmayanda həmin şəxslər A.Kərimovu ölümcül döyublər.
Nəticədə A.Kərimov qapalı kəllə-beyin travması və butun sümüyünün sınığı xəsarətləri alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, A.Kərimov yaxınlıqdakı binada aparılan tikinti işində fəhlə kimi çalışır.