Nəsimi rayonunda 12 kq narkotik dövriyyədən çıxarılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:05 Suriyanın Rusiya hərbi bazalarının ölkədə qalması üçün şərti var  |     13:49 Ankarada 33 nəfər saxta spirtli içkidən ölüb  |     13:34 Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirilib  |     13:17 Ermənistanda iki rusiyalı HƏBS EDİLDİ  |     12:57 Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı  |     12:45 Trampın Ukrayna üzrə sülh planının detalları məlum oldu  |     12:36 Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı  |     12:31 Ağcabədidiə itkin düşən gəncin meyiti tapıldı  |     12:11 ABŞ Avropaya qaz tədarükünü əhəmiyyətli dərəcədə azaldıb  |     11:57 Göyərtəsində 10 nəfərin olduğu təyyarə yoxa çıxıb  |     11:54 Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI: Dövlət qurumları hərəkətə keçdilər - VİDEO (YENİLƏNİB)  |     11:49 Azərbaycanda süfrə yağlarının qiyməti KƏSKİN ARTDI - VİDEO  |     11:47 Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olundular  |     11:47 Xəzərdə zəlzələ baş verdi  |     11:44 Hoteldə qızla tanış olmaq üçün qalmaqala səbəb olan azərbaycanlı futbolçu komandadan qovuldu  |     11:36 Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir  |     11:25 Şagirdlərə intihara sürükləyən oyunun loqosu olan KAĞIZ PAYLANILMASI ilə bağlı məktəbdən açıqlama  |     11:22 Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi istifadəyə verilir  |     22:57 BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik  |     22:48 Əfqan məmurların "Taliban" liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi  |    

Nəsimi rayonunda 12 kq narkotik dövriyyədən çıxarılıb

Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə apa-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ümid Hacıyev və Niyaməddin Rəsulov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını həyata keçirmək məqsədi ilə əldə ediblər.

Qeyd edilib ki, Nəsimi rayonunda son günlər keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 29 fakt aşkarlanıb. Ümumilikdə 12 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 02.10.24 12:27