Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:22 “Lufthansa” yəhudi sərnişinlərə qarşı ayrı-seçkiliyə görə 4 milyon dollar cərimələnib  |     22:15 "Liverpul" 17 yaşlı futbolçu ilə müqavilə imzalayıb  |     22:10 Cəlilabadın Göytəpə şəhərində səkkiz küçəyə şəhid adı verilib  |     22:04 Türkiyə ordusu İraqda iki PKK terrorçusunu öldürüb  |     21:59 Ağdamın üç kəndində tikinti işləri tamamlanmaq üzrədir  |     21:50 Elektromobillərin enerji doldurucularının idxalı və satışı ƏDV-dən daha iki il azad olunub  |     21:44 Rusiya Olimpiya Komitəsinin prezidenti istefa verib  |     21:37 Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı azalıb  |     21:29 "Real"ın keçmiş futbolçusu Argentina klubunun baş məşqçisi olub  |     21:23 Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib, şübhəlilər saxlanılıb  |     21:16 Nəsimi rayonunda narkotik əməliyyatı: Üç nəfər saxlanıldı - VİDEO  |     21:09 KİV: İranın qanunsuz neft satışından gəliri 200 milyard dollara çatıb  |     21:05 Alimlər: Elektron siqaretlər damarların qocalmasını sürətləndirir  |     20:52 Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     20:47 Rusiyada nikah yolu ilə yaşamaq icazəsi almaq çətinləşdirilib  |     20:30 Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb  |     20:18 Ermənistanda 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb  |     19:41 Azərbaycanda zəlzələ oldu  |     19:23 Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradılıb  |     19:08 KİV: İsrail İranın hücumuna tezliklə cavab verəcək  |    

Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən Sabir Fələliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sabir Fələliyev 3 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, hadisə 16 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində Qərbi Kaspi Universitetinin Kollecində qeydə alınıb.

Belə ki, həmin kollecin Meşə və park ixtisasının 3-cü kurs tələbəsi olmuş Sabir Fələliyev sərxoş vəziyyətdə təhsil ocağına gəlib. Həmin gün də kollecdə imtahan təşkil edilib. Bu zaman Qərbi Kaspi Universitetinin Tələbə Məlumat Mərkəzinin şöbə müdiri vəzifəsində işləyən, kollecdə tədris və imtahan prosesinin təşkil olunması ilə bağlı komissiyanın üzvü Urfan Səmədov (soyadı şərti) təqsirləndirilən şəxsə irad bildirərək imtahana maneçilik törətdiyini deyib. Sonra həmin şəxslər kollecin direktor vəzifəsini müvəqqəti icra edən Ziyəddin Musayevin iş otağına gediblər. Mübahisə zamanı Sabir baş zərbəsi ilə Urfan Səmədovun burun nahiyəsindən vuraraq, sındırıb.

Hadisədən sonra Sabir Fələliyev saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 02.10.24 13:39