Keçmiş vəkil məhkəmə zalında həbs olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Lənkəranda iki saat işıq olmayacaq  |     22:47 Bakıda yük avtomobillərinin yolda qalması nəqliyyat sıxlığına səbəb olub  |     22:39 ABŞ martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır  |     22:34 Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənninin beli qırıldı - VİDEO  |     22:24 Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşdı - FOTO  |     22:08 Şahmat üzrə Azərbaycan çempionatı başladı  |     22:08 Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb  |     21:52 Bakının Nizami rayonunda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb  |     21:39 Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida - Alimlər AÇIQLADI  |     21:30 Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”  |     21:13 Əli Əsədov Alim Xanla görüşdü  |     20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |    

Keçmiş vəkil məhkəmə zalında həbs olundu

Külli miqdarda dələduzluqda ittiham edilən keçmiş vəkil Ruhid Rəşid oğlu Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ruhid Əkbərov 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Ruhid Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilib.

Vaxtilə 13 saylı Vəkil Bürosunun vəkili olan R.Əkbərov daha öncə 2021-ci ildə iki nəfərə qarşı 50 min manatlıq dələduzluq ittihamı ilə 3 il müddətinə həbs edilib.

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Ruhid Əkbərov həbsdə olarkən məhkum yoldaşından onun işini həll etmək adı ilə 53 min manat pul alaraq yenidən dələduzluq etməkdə ittiham olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            324 18.09.24 21:06