Bu gün ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:48 45 yaşlı kişi qızının sinif yoldaşını evinə çağırıb, təcavüz etdi  |     11:40 Yunanıstan millisinin futbolçusu evində ölü tapılıb  |     11:26 Sumqayıtda avtomobilin bir neçə gün əvvəl vurduğu piyada xəstəxanada ölüb  |     11:17 BMT baş katibinin müavini COP29 sədrliyinə təşəkkür edib  |     22:32 Ceyhun Bayramov Quterreşin müavini ilə görüşüb  |     22:19 Azərbaycanda həkim VƏFAT ETDİ  |     22:03 Dövlət Agentliyi 145 min manata “Toyota Land Cruiser” alır  |     21:55 İcra başçısının qəbuluna getdi, özünə xəsarət yetirdi - Cərimə olundu  |     21:48 Nəcməddin Sadıkov uzun müddət sonra görüntüləndi - FOTO  |     21:40 Pensiyaçıların sayının azalmasına səbəb olan 3 amil...  |     21:35 75 yaşında siqareti tərgitmək sizə əlavə 0,7 il ömür verə bilər (ARAŞDIRMA)  |     21:29 10 manat nizamnamə kapitalı olan şirkət Füzulidə 100 milyon manata kənd tikəcək  |     21:21 Dövlət qurumu ilə iş adamının oğlu arasında nə baş verib?  |     21:15 Bitcoin"in yaradıcısı hesab olunan şəxs kimdir? - AÇIQLANDI (FOTO)  |     21:07 Türkiyə ordusu Suriyanın şimalında iki terrorçu zərərsizləşdirib  |     20:54 Rumıniya Rostovdakı Baş Konsulluğunu bağlayır  |     20:46 "Xınalıq və Köç Yolu" qoruğunun təmir-bərpa xərcləri 50 % artıb  |     20:40 Pol Poqba karyerasını ölkəsində davam etdirə bilər  |     20:31 Kəmaləddin Heydərovun Siyəzəndə vətəndaş qəbulunun vaxtı dəyişib  |     20:26 Kimya üzrə Nobel mükafatı laureatları məlum olub  |    

Bu gün ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçiriləcək

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Əhməd Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan ediləcək.

İki aylıq fasilədən sonra proses bu gün saat 17:00-da başlanacağı gözlənilir.

Qeyd edək ki, Əhməd Əhmədovun işinə baxan hakimlər heyəti məzuniyyətdə olduğu üçün məhkəmə iclası uzun müddət təxirə salınmışdı.

Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            348 10.09.24 13:03