38 yaşlı Zülfiyyə telefon işlətdiyinə görə ÖLDÜRÜLÜBMÜŞ » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:36 "Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkara maliyyə sanksiyaları tətbiq edildi  |     19:08 IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır  |     18:40 Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdiriləcək  |     18:18 Dünyada təxminən 500 milyon uşaq münaqişə zonasında yaşayır  |     17:27 Yağ alarkən nələrə diqqət etməliyik? - Ən yaxşı və pis yağlar  |     17:08 Bakıda çoxmərtəbəli yaşayış binası yanır - VİDEO  |     17:04 Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir  |     17:02 Evdən 400 ədəd ətçəkən oğurlandı - Qonşular saxlanıldılar  |     17:00 Şahin Bağırov iki quruma rəis əvəzləri təyin etdi  |     16:57 Bakı həbsxanasında daha bir ÖLÜM  |     16:40 Ermənistan Rusiyadan üz çevirir: Hindistandan qırıcılar alır  |     16:37 "Tərtər işi" ilə bağlı ittiham olunan bəzi şəxslərə HÖKM OXUNDU  |     14:51 Novruz bayramı günü əmisi arvadını öldürən şəxslə bağlı qərar açıqlandı  |     13:42 Sayt rəhbəri və oğlu HƏBS EDİLDİ  |     13:32 DTX-nin yaxaladığı dəstə 326 milyon manatlıq qaçaqmalçılığı necə törədib?  |     13:30 Leyla Əliyeva Altıağac Milli Parkından fotolar paylaşdı - FOTO  |     13:27 FHN: "Bu ilin 9 ayında 27 nəfər partlayışlarda həlak olub"  |     13:26 Saatlıda saxta əlillik pensiyası düzəldən baş həkimə hökm oxundu  |     13:21 Bu ilin 9 ayı ərzində təbii və texnogen mənşəli hadisələr nəticəsində neçə nəfər ölüb?  |     13:08 COP29 zolaqlarına girmək qadağası QÜVVƏYƏ MİNİR  |    

38 yaşlı Zülfiyyə telefon işlətdiyinə görə ÖLDÜRÜLÜBMÜŞ

Bakıda arvadı 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanı qətlə yetirən 43 yaşlı Qədir Qasımovun məhkəmə prosesi başa çatıb.

Median.Az-
ın məlumatına görə, təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə keçən ilin noyabrın 2-də paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Qədir Qasımovun məhkəmədə ifadəsində bildirib ki, Zülfiyyə ilə 16 il evli olublar. Qətlə səbəb isə həyat yoldaşının telefon işlətməsi olub:

"Hadisədən 2-3 ay əvvəl Xocasəndə Zülfiyyənin avtobusdan düşüb telefonla danışdığını gördüm. Onun heç vaxt telefonu olmamışdı. Anasıgilə gedəndən telefon işlədirdi. Sonra yenə telefon işlətdiyini gördüm, istədim, vermədi. Qaçıb telefonu anasına verdi. Bir dəfə də metronun yanında Zülfiyyənin telefon işlətdiyini gördüm. Yenə telefonu vermədi. Bir dəfə həyat yoldaşımın qohumlarına Zülfiyyənin ondan gizli telefon işlətdiyini, bu qızın öləcəyini dedim. Sonuncu dəfə də Zülfiyyənin restoranda işləməsi məni lap dəli etdi. Bundan sonra bıçaqla onu qətlə yetirdim".

Qeyd edək ki, Qədir Qasımov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. (Report)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            264 13.08.24 22:37