Metroda partlayış olacağını deyən şəxsə hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Lənkəranda iki saat işıq olmayacaq  |     22:47 Bakıda yük avtomobillərinin yolda qalması nəqliyyat sıxlığına səbəb olub  |     22:39 ABŞ martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır  |     22:34 Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənninin beli qırıldı - VİDEO  |     22:24 Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşdı - FOTO  |     22:08 Şahmat üzrə Azərbaycan çempionatı başladı  |     22:08 Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb  |     21:52 Bakının Nizami rayonunda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb  |     21:39 Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida - Alimlər AÇIQLADI  |     21:30 Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”  |     21:13 Əli Əsədov Alim Xanla görüşdü  |     20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |    

Metroda partlayış olacağını deyən şəxsə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Fərid Butayevə hökm oxunub.

"Qafqazinfo" xəbər verir ki, məhkəmənin hökmü ilə o, iki il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, ötən il Bakı metrosunda terror aktı - partlayış törədiləcəyi barəsində səs yazısı yayılmışdı.

Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi tədbirlərlə Fərid Fərhad oğlu Butayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə iş açılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Bildirilib ki, Fərid "WhatsApp" proqramı vasitəsilə yalan məlumatı əks etdirən səs yazısı yayıb. Belə ki, o, tətbiqdə "İş elanları" qrupunun admini olub. Qrupun 400-dən çox üzvü olub və Fərid ötən ilin 3 mart tarixində qrupa Bakı metrosunda terror aktının - partlayışın törədiləcəyi barəsində səs yazısı göndərib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            552 02.08.24 17:35