Mojo.az Banner
12:40 43 bələdiyyə rəsmisi məsuliyyətə cəlb olunub - Nazir müavini FAKTLARI AÇIQLADI  |     12:35 Qarabağda biznes qurmaq adı ilə qadınları aldadan "iş adamı"na AĞIR CƏZA  |     12:20 Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı  |     12:01 13 kiloqramdan artıq narkotik vasitə aşkar olundu  |     12:00 Şəhid oğlunun tabutu önündə qurban kəsdirən ana VƏFAT ETDİ - FOTO  |     11:59 Bakıda 10 yaşlı məktəbli qəfil vəfat etdi  |     11:49 Sabirabadda toyda İNSİDENT: Ev sahibi gördüklərindən DƏHŞƏTƏ GƏLDİ (Video)  |     11:42 Qonşuların toyuq mübahisəsinin qanlı sonu - Ahıl qadını KƏRKİ İLƏ VURUB ÖLDÜRDÜ  |     11:41 Bakıda polkovnik vəfat edib - FOTO  |     11:39 "Qara polkovnik"in yaxın qohumu Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı YENİ TƏFƏRRÜAT  |     11:37 Azərbaycan Ukraynaya dəstəyini davam etdirir – Növbəti yardım çatdırıldı  |     11:32 Şəhid oğluna yüksək vəzifə VERİLDİ  |     11:30 Azərbaycan nefti ucuzlaşıb  |     11:29 Bakıdakı mebel sexində aşkarlanan pozuntular insanları dəhşətə gətirdi - Video  |     11:28 Şəki sakini xəstəxanada öldü  |     11:23 Azərbaycanda populyar olan ad Avropada da yeni doğulan uşaqlara verilir  |     11:21 "Anam rəhmətə getdi, dəfn etməli deyiləm?" - Sumqayıt qəbiristanlığında əlyandıran qiymətlər (Video)  |     11:16 Bakının bir rayonunda altı saat işıq olmayacaq  |     11:11 Azərbaycanda 38 yaşlı kişi balta ilə uşaqlara HÜCUM ÇƏKDİ  |     23:01 Bu şəxslərə ən azı 46 gün məzuniyyət verilməlidir - SİYAHI  |    
Left Banner
Right Banner

Vergidən yayınan zavod direktoru Azərbaycanda saxlanıldı

19.06.2024 21:45 1 230
Vergidən yayınan zavod direktoru Azərbaycanda saxlanıldı
Rusiyanın Tomsk vilayətində lampa məhsulları istehsal edən iki təşkilatın direktorları 24,5 milyon rubl (təxminən 472 min 800 manat) vergini gizlətməkdə ittiham olunublar. Cinayət işi baxılması üçün Tomsk şəhərinin Kirovski Rayon Məhkəməsinə verilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2018-ci ilin aprelindən 2020-ci ilin yanvarınadək və 2020-ci ilin avqust ayından sentyabr ayına kimi rəhbərlik etdiyi iki kommersiya təşkilatının vergi borcunun olduğunu bilərək, üçüncü şəxslərin hesablarından istifadə etməklə satın aldığı mal, iş və xidmətlərə görə podratçılara ödənişlər edib.

Şirkətlərin hesablaşma hesablarına vəsait daxil olduqda, vergi idarəsi 24,5 milyon rubldan çox vergi borcunu toplaya bilərdisə də, bunu etməyib. Qeyd olunur ki, FSB-nin regional idarəsinin materialları əsasında cinayət işi başlanıb.

Xatırladaq ki, "Tomsk İşıqlandırma Zavodu” MMC 2021-ci ildə 9 milyon vergi borcuna görə müflis elan edilib ki, bunun da 4 milyonu borcun özü, qalanı isə cərimələrdir. 2020-ci ilin noyabrında Tomsk vilayətinin İstintaq İdarəsi müəssisə rəhbərinə qarşı qiyabi ittiham irəli sürüb və onu axtarışa verib. Zavodun direktoru Vladislav Qolubev bir müddət əvvəl Azərbaycanda saxlanılaraq Tomska aparılıb.

скачать dle 11.3
Mojo.az Banner