Şəki sakini xəstəxanada öldü
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1961-ci il təvəllüdlü Əli Məmmədov 10 gün əvvəl yaşadığı evin hamamında yıxılıb.
O, kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, o, bu gün xəstəxanada dünyasını dəyişib.
