Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

43 bələdiyyə rəsmisi məsuliyyətə cəlb olunub - Nazir müavini FAKTLARI AÇIQLADI

13.02.2026 12:40 327
43 bələdiyyə rəsmisi məsuliyyətə cəlb olunub - Nazir müavini FAKTLARI AÇIQLADI
"Azərbaycanda ötən il 14 bələdiyyə ilə bağlı cinayət işi açılıb".

Oxu.Az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında deyib.

Qeyd edək ki, o, parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə fəaliyyətinə dair məruzənin müzakirəsi zamanı çıxış edib.

Nazir müavini qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, ötən dövr ərzində 50 inzibati xəta protokolu (2024-cü ildə bu rəqəm 103 olub) tərtib olunaraq məhkəmələrə yönləndirilib:

"Həmin protokollar üzrə məhkəmə qərarları ilə 43 bələdiyyə rəsmisi inzibati məsuliyyətə cəlb olunub, hazırda isə 3 protokol məhkəmə icraatındadır.

İnzibati nəzarət tədbirləri çərçivəsində 62 fakt üzrə (2024-cü ildə 51 fakt) cinayət tərkibinin əlamətləri müəyyən edilib və toplanmış sənədlər hüquqi qiymət verilməsi məqsədilə müvafiq istintaq orqanlarına təqdim olunub. Həmin materiallar əsasında artıq 14 fakt üzrə (2024-cü ildə 21 fakt) cinayət işi açılıb, bəzi hallarda qanun pozuntularının aradan qaldırılması üçün təqdimatlar verilib, digər materialların araşdırılması isə istintaq orqanlarında davam etdirilir".скачать dle 11.3
Mojo.az Banner