Mojo.az Banner
20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |     19:43 Milli 1-0 məğlub olduğu üçün istefa verdi  |     19:41 Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI  |     19:37 “Masazır dairəsi”ndə ölümlə nəticələnən qəzanın VİDEOSU  |     19:30 "14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət  |     19:21 Ayxan Abbasov: "Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır"  |     19:08 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq  |     18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid oğlunun tabutu önündə qurban kəsdirən ana VƏFAT ETDİ - FOTO

13.02.2026 12:00 318
Şəhid oğlunun tabutu önündə qurban kəsdirən ana VƏFAT ETDİ - FOTO
Vətən uğrunda canından keçmiş şəhid gizir Telman Kəlbiyevin anası Dilşad Kəlbiyeva dünyasını dəyişib.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, şəhid anası bu gün həyatını itirib.

Xatırladaq ki, 2023-cü ildə Dilşad Kəlbiyevanın evdə tək olmasından xəbər tutan maskalı şəxslər mənzilə daxil olmuşdular. Həmin şəxslər qadını bıçaqla hədələyərək evdə olan 800 manat məbləğində vəsaiti ələ keçirib qaçmışdılar.

Sözügedən hadisə zamanı D.Kəlbiyevanın evdə tək olmasının səbəbi, onun oğlunun xatirəsini əziz tutmaq üçün rayondakı evlərində tənha yaşamağa üstünlük verməsi idi.

Xatırladaq ki, T.Kəlbiyevin nəşi Vətən müharibəsi bitəndən xeyli müddət sonra aşkar edilərək ailəsinə təhvil verilmişdi. Oğlunun Murovdağ istiqamətində tapılan nəşini yaşadığı Neftçalada qarşılayan anası onun tabutu önündə qurban kəsdirməklə ölkəni qəhərə boğmuşdu.


скачать dle 11.3
Mojo.az Banner