Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-prisi yalnız avtoidman həvəskarlarını paytaxta cəlb edən beynəlxalq yarış deyil, eyni zamanda şəhərin iqtisadi həyatına təsir göstərən böyük tədbirlərdən biridir. Yarış günlərində ölkəyə gələn xarici turistlərin və yerli ziyarətçilərin otel, restoran, nəqliyyat, alış-veriş və digər xidmətlərə xərclədiyi vəsait müxtəlif sektorlar üzrə iqtisadi aktivliyi artırır.
Bəs Formula 1-in Bakı iqtisadiyyatına birbaşa və dolayı təsiri necə hesablanır?
Ən çox qazanan sektorlar hansılardır?
Kiçik bizneslər bundan faydalana bilirmi?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib:
"Formula 1-in Bakı iqtisadiyyatına təsirini qiymətləndirərkən yalnız yarışın təşkilinə çəkilən xərcləri deyil, onun şəhərdə yaratdığı birbaşa, dolayı və induksiya olunmuş iqtisadi effekti birlikdə hesablamaq lazımdır".
Akif Nəsirlinin sözlərinə görə, Bakı Şəhər Halqası üçün PwC tərəfindən hazırlanmış araşdırmada 2016-cı ildən sonrakı ilk iki yarış üzrə ümumi iqtisadi təsir 277,3 milyon dollar göstərilib. Bunun 164,2 milyon dolları birbaşa, yəni turistlərin, komandaların və digər iştirakçıların otel, restoran, nəqliyyat və xidmətlərə xərcləri ilə bağlı olub.
İqtisadçı qeyd edib ki, hesablamaya dolayı təsirlər də daxil edilib.
Hesablama məntiqi belədir: Formula 1-lə əlaqədar şəhərə nə qədər əlavə turist gəlir, onların neçə gün qalması, nə qədər pul xərcləməsi, təşkilatçıların yerli şirkətlərdən nə qədər xidmət alması müəyyənləşdirilir. Sonra həmin xərclərin digər bizneslərdə yaratdığı əlavə dövriyyə, məşğulluq və vergi gəlirləri hesablanır.
Mütəxəssis əlavə edib ki, əsas məsələ Formula 1 olmasaydı yaranmayacaq əlavə iqtisadi fəaliyyət ölçülməlidir.
Ən çox faydalanan sahələr sırasında ilk növbədə hotel və digər yerləşdirmə xidmətləri, restoran və iaşə, nəqliyyat, pərakəndə ticarət, turizm və əyləncə xidmətləri dayanır. Məsələn, Mastercard-ın 2025-ci il Bakı yarışı üzrə məlumatına görə, yarış ətrafındakı beş gündə xarici ziyarətçilərin restoran xərcləri əvvəlki gözlənilən səviyyə ilə müqayisədə orta hesabla 1.7 dəfə yüksək olub, pərakəndə xərclər isə 94 faiz artıb. 2025-ci ildə ümumilikdə Azərbaycanda hotel gecələmələrinin 58,9 faizi Bakının payına düşüb.
Kiçik bizneslərin də bundan faydalanmaq imkanı olduğunu vurğulayan sədr deyib:
"Xüsusilə restoranlar, kafelər, taksilər, turizm xidmətləri, suvenir və hədiyyə satışı, kiçik mağazalar, bələdçilər və müxtəlif xidmət göstərən sahibkarlar əlavə müştəri axını əldə edə bilirlər. Amma burada bir nüans var: Formula 1-in yaratdığı gəlirin avtomatik olaraq bütün kiçik bizneslər arasında bərabər bölüşdürülməsi baş vermir. Əsas fayda yarış zonasına, turist axınına və tədbir iştirakçılarına xidmət göstərə bilən bizneslərdə cəmlənir".
"Eyni zamanda iqtisadi faydanı qiymətləndirərkən yalnız gəlirləri hesablamaq düzgün deyil. Dövlət və təşkilatçıların çəkdiyi təşkilati xərclər, şəhər infrastrukturuna düşən yük, nəqliyyat məhdudiyyətlərinin biznesə və vətəndaşlara yaratdığı itkilər, alternativ istifadə imkanları və ictimai xərclər də nəzərə alınmalıdır. Bu baxımdan Formula 1-in iqtisadi dividentlərinin olması avtomatik olaraq tədbirin şəhər sakinləri üçün yaratdığı bütün xərclərin və narahatlıqların məqbul olduğu anlamına gəlmir", — deyə iqtisadçı xüsusi olaraq qeyd edib.
Akif Nəsirli sonda bildirib ki, F1-in Bakıda keçirilməsi ilə bağlı akademik araşdırmalarda da ictimai məkanların və nəqliyyat sisteminin müvəqqəti məhdudlaşdırılmasının yerli sakinlərin gündəlik həyatına təsiri ayrıca qeyd olunub.
Ona görə məsələni iki ayrı müstəvidə qiymətləndirmək daha doğrudur: Formula 1 şəhər iqtisadiyyatına əlavə gəlir və turist axını gətirə bilər, amma bu iqtisadi fayda vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına avtomatik əsas yaratmır. Şəhərin mərkəzində belə böyük tədbirin keçirilməsi zamanı insanların sərbəst hərəkəti, nəqliyyata çıxışı və gündəlik həyatının mümkün qədər az məhdudlaşdırılması təmin edilməlidir. İqtisadi dividentlərlə vətəndaş hüquqları arasında seçim qoymaq düzgün yanaşma deyil; tədbirin iqtisadi faydası ilə yanaşı, onun yaratdığı sosial və şəhərsalma xərcləri də hesablanmalı, hüquqların qorunması isə əsas şərt kimi götürülməlidir.
Dəniz Pənahova
Median.Az
Bəs Formula 1-in Bakı iqtisadiyyatına birbaşa və dolayı təsiri necə hesablanır?
Ən çox qazanan sektorlar hansılardır?
Kiçik bizneslər bundan faydalana bilirmi?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib:
"Formula 1-in Bakı iqtisadiyyatına təsirini qiymətləndirərkən yalnız yarışın təşkilinə çəkilən xərcləri deyil, onun şəhərdə yaratdığı birbaşa, dolayı və induksiya olunmuş iqtisadi effekti birlikdə hesablamaq lazımdır".Akif Nəsirlinin sözlərinə görə, Bakı Şəhər Halqası üçün PwC tərəfindən hazırlanmış araşdırmada 2016-cı ildən sonrakı ilk iki yarış üzrə ümumi iqtisadi təsir 277,3 milyon dollar göstərilib. Bunun 164,2 milyon dolları birbaşa, yəni turistlərin, komandaların və digər iştirakçıların otel, restoran, nəqliyyat və xidmətlərə xərcləri ilə bağlı olub.
İqtisadçı qeyd edib ki, hesablamaya dolayı təsirlər də daxil edilib.
Hesablama məntiqi belədir: Formula 1-lə əlaqədar şəhərə nə qədər əlavə turist gəlir, onların neçə gün qalması, nə qədər pul xərcləməsi, təşkilatçıların yerli şirkətlərdən nə qədər xidmət alması müəyyənləşdirilir. Sonra həmin xərclərin digər bizneslərdə yaratdığı əlavə dövriyyə, məşğulluq və vergi gəlirləri hesablanır.
Mütəxəssis əlavə edib ki, əsas məsələ Formula 1 olmasaydı yaranmayacaq əlavə iqtisadi fəaliyyət ölçülməlidir.
Ən çox faydalanan sahələr sırasında ilk növbədə hotel və digər yerləşdirmə xidmətləri, restoran və iaşə, nəqliyyat, pərakəndə ticarət, turizm və əyləncə xidmətləri dayanır. Məsələn, Mastercard-ın 2025-ci il Bakı yarışı üzrə məlumatına görə, yarış ətrafındakı beş gündə xarici ziyarətçilərin restoran xərcləri əvvəlki gözlənilən səviyyə ilə müqayisədə orta hesabla 1.7 dəfə yüksək olub, pərakəndə xərclər isə 94 faiz artıb. 2025-ci ildə ümumilikdə Azərbaycanda hotel gecələmələrinin 58,9 faizi Bakının payına düşüb.
Kiçik bizneslərin də bundan faydalanmaq imkanı olduğunu vurğulayan sədr deyib:
"Xüsusilə restoranlar, kafelər, taksilər, turizm xidmətləri, suvenir və hədiyyə satışı, kiçik mağazalar, bələdçilər və müxtəlif xidmət göstərən sahibkarlar əlavə müştəri axını əldə edə bilirlər. Amma burada bir nüans var: Formula 1-in yaratdığı gəlirin avtomatik olaraq bütün kiçik bizneslər arasında bərabər bölüşdürülməsi baş vermir. Əsas fayda yarış zonasına, turist axınına və tədbir iştirakçılarına xidmət göstərə bilən bizneslərdə cəmlənir".
"Eyni zamanda iqtisadi faydanı qiymətləndirərkən yalnız gəlirləri hesablamaq düzgün deyil. Dövlət və təşkilatçıların çəkdiyi təşkilati xərclər, şəhər infrastrukturuna düşən yük, nəqliyyat məhdudiyyətlərinin biznesə və vətəndaşlara yaratdığı itkilər, alternativ istifadə imkanları və ictimai xərclər də nəzərə alınmalıdır. Bu baxımdan Formula 1-in iqtisadi dividentlərinin olması avtomatik olaraq tədbirin şəhər sakinləri üçün yaratdığı bütün xərclərin və narahatlıqların məqbul olduğu anlamına gəlmir", — deyə iqtisadçı xüsusi olaraq qeyd edib.
Akif Nəsirli sonda bildirib ki, F1-in Bakıda keçirilməsi ilə bağlı akademik araşdırmalarda da ictimai məkanların və nəqliyyat sisteminin müvəqqəti məhdudlaşdırılmasının yerli sakinlərin gündəlik həyatına təsiri ayrıca qeyd olunub. Ona görə məsələni iki ayrı müstəvidə qiymətləndirmək daha doğrudur: Formula 1 şəhər iqtisadiyyatına əlavə gəlir və turist axını gətirə bilər, amma bu iqtisadi fayda vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına avtomatik əsas yaratmır. Şəhərin mərkəzində belə böyük tədbirin keçirilməsi zamanı insanların sərbəst hərəkəti, nəqliyyata çıxışı və gündəlik həyatının mümkün qədər az məhdudlaşdırılması təmin edilməlidir. İqtisadi dividentlərlə vətəndaş hüquqları arasında seçim qoymaq düzgün yanaşma deyil; tədbirin iqtisadi faydası ilə yanaşı, onun yaratdığı sosial və şəhərsalma xərcləri də hesablanmalı, hüquqların qorunması isə əsas şərt kimi götürülməlidir.
Dəniz Pənahova
Median.Az