Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfər şikayət edərək ona məxsus Zabrat qəsəbəsində yerləşən gözəllik salonundan 17000 manat dəyərində lazer aparatının oğurlanması barədə məlumat verib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov saxlanılıblar. Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər. Faktla bağlı 15-ci PB-də araşdırmalar davam etdirilir.
Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.